Bingo
  • model haqqında
  • interyer
  • eksteryer
  • texniki parametrlər

model haqqında

Wuling Bingo – Şəhər üçün Mükəmməl Elektrik Avtomobili

Səmərəli, müasir və ekoloji cəhətdən təmiz! Wuling Bingo Elektrik modeli şəhər həyatına uyğun dizayn edilmiş, innovativ texnologiyalarla təchiz olunmuş elektrik avtomobilidir. Enerji sərfiyyatına qənaət edən və ətraf mühitə dost bu model, şəhər daxili gündəlik istifadədə ilə yanaşı uzaq səfərlər üçün də ideal seçim ola bilər. 

Futuristik və Eleqant Dizayn

Müasir üslubu və aerodinamik dizaynı ilə Wuling Bingo həm diqqəti cəlb edir, həm də yüksək rahatlıq təqdim edir. Onun yumşaq xətləri, LED işıqlandırması və yığcam ölçüləri şəhər yollarında rahat hərəkət etməyə imkan verir.


Elektrik Gücü və Yüksək Performans

Wuling Bingo, 32 kWh-lıq batareya ilə həm sürətli, həm də adi yükləmə imkanları ilə təchiz edilib. Böyük batareya bloku ilə bu da avtomobili 20%-dən 80%-ə təxminən 35 dəqiqəyə yükləməyə imkan verir. Kiçik batareya bloku üçün isə yükləmə vaxtı 5,5 saatdır.

Bingo modelin maksimal sürəti 100 km/saatdır və bu sürəti saxlamaq üçün sadə kruiz kontrol sistemi mövcuddur.

Geniş Salon və İnteqrasiya Olunmuş Ağıllı Texnologiyalar

Bingo, kompakt görünüşünə baxmayaraq, geniş və rahat salon təqdim edir. Erqonomik oturacaqlar, uzun səfərlər üçün optimal rahatlıq bəxş edir.

Avtomobil, həmçinin sürücülük təcrübənizi rahat və təhlükəsiz etmək üçün 10.25 düym iki ekranlı multimedia monitor, PEPS sistemli intelektual açar, açarsız giriş və start- stop düyməsi kimi son texnologiyalarla təchiz olunub.



Artırıla Bilən Geniş Yük Bölümü.

Avtomobilin arxa yük bölümü ən praktik xüsusiyyətlərindən biridir. Baqaj həcmi 310 litrdir, bu da adi bir sedandan 100 litr daha çoxdur. Dərinliyi sayəsində çox sayda əşyanı rahatlıqla yerləşdirmək mümkündür. Həmçinin arxa sıra oturacaqların qatlanma fuksiyası baqal həcmini 790 lt-dək artırmağa imkan verir.

interyer

eksteryer

texniki parametrlər

Texniki göstəricilər Bingo
Uzunluq/En/Hündürlük (mm): 3950/1708/1580
Təkər bazası (mm): 2560
Klirens (mm): 115
Mak Güc (kW/dəq): 50
Mak Fır. Anı (N.m/dəq): 150
Ötürü Ön çəkimli
Batereya Həcmi (Kw.h) 31✓9
Maksimal Yürüş Məsafəsi (km) 333
Əyləclər Ön Disk & Arxa Baraban
Asqı (ön) McPherson müstəqil asqı sistemi
Asqı (arxa) Torsion yay asqı sistemi
Təkərlər 185/60 R15
Oturacaqların sayı 5
Şarj və Batareya Bingo
20%-dən 100%-ə yüklənmə 9✓5 saat
30%-dən 80%-ə sürətli yüklənmə 35 dəq
Alternativ cərəyan gücü (kW) 3,3
Sürətli cərəyan bloku
Eksteryer Bingo
Üzəri Bəzəkli Polad Disklər 15″
Ön Led İşıqlar
LED Gündüz Hərəkət İşıqları
Arxa Duman Fənərləri
İnteryer Bingo
Süni dəri oturacaqlar
Qatlama Funksiyası ilə İkinci Sıra Oturacaq
Dəri Üzləməli Sükan Çarxı
Təhlükəsizlik Bingo
EPS - Elektrik Gücləndiricili Sükan Çarxı
ABS - Bloklanma Əleyhinə Əyləc Sistemi
ESC - Elektron Stabilliyə Nəzarət Sistemi
EBD - Əyləc Gücünün Elektron Paylanması
TPMS - Şin Təztiqinə Nəzarət Sistemi
Sürücü Hava Yastıqları
Sərnişin Hava Yastıqları
Arxa Görüntü Monitoru
Arxa Radar
Ön Mərkəzi Qapı Kilidi
Rahatlıq Bingo
Yarı Avtomatik Kondisioner
6 İstiqamətə Tənzimlənən Sürücü Oturacağı
10.25 düym İki Ekranlı Multimedia Monitor
PEPS Sistemli İntelektual Açar
4 istiqamətdə Mexaniki Tənzimlənən Sərnişin Oturacağı
Multi Media Bingo
Radio+4G şəbəkəsi +USB +Bluetooth
Simsiz Bağlantı İmkanı
Səs Gücləndiricilərin sayı
Qiymət və zəmanət Bingo
Zəmanət 4 il və ya 100✓000 km
Qiymət 29 900 AZN