Servis
Otodok avtomobil servisi — peşəkar və texnoloji xidmət
Otodok Servis Azərbaycanda Avropa və Çin istehsalı olan avtomobillərə peşəkar texniki xidmət göstərən, müasir diaqnostika avadanlıqları və ixtisaslaşmış texniki yanaşması ilə seçilən avtomobil servis mərkəzidir.
Mərkəzimiz Porsche, Volkswagen, Audi, Škoda və SEAT kimi Volkswagen Group (VAG) avtomobilləri ilə yanaşı, müxtəlif Çin avtomobil markalarına da geniş çeşiddə servis, diaqnostika və təmir xidmətləri təqdim edir.
Otodok Servis fərdi və korporativ müştərilərə avtomobilin texniki xüsusiyyətləri və istehsalçı tələbləri nəzərə alınmaqla kompleks xidmət göstərir. Planlı texniki qulluq, mühərrik və transmissiya sistemlərinin təmiri, elektron idarəetmə sistemlərinin diaqnostikası, asqı və əyləc sistemlərinin yoxlanılması, eləcə də digər texniki xidmətlər müasir avadanlıqlar və peşəkar iş prinsipləri əsasında həyata keçirilir.
Xidmət prosesində keyfiyyətə nəzarət, texniki dəqiqlik və orijinal, yaxud sertifikatlaşdırılmış ehtiyat hissələrindən istifadə əsas prioritetlərimizdəndir.
Otodok servisinin üstünlükləri
-VAG qrupu avtomobilləri üzrə ixtisaslaşmış ustalar
-Müasir diaqnostika və ölçü cihazları ilə yüksək dəqiqlik
-Orijinal və keyfiyyətli ehtiyat hissələri, zəmanətlə
-Sürətli, şəffaf və etibarlı xidmət
-Korporativ avtomobil parkları üçün xüsusi təkliflər və endirimlər
Avadanlıq və texnologiyalar
Hər texniki baxış və təmir diaqnostik dəqiqlik və yüksək xidmət standartları ilə aparılır.
Vibrostend
Mühərrik və asqı sistemindəki titrəmələri və balanssızlığı müəyyən edir. Bu, həm təhlükəsizlik, həm də sürüş rahatlığı üçün vacibdir.
Təkər bucaqlarının lazerlə tənzimlənməsi
Camber, caster və toe bucaqları lazer cihazları ilə dəqiq ölçülür və tənzimlənir. Nəticədə təkərlər az aşınır, idarəetmə sabitləşir.
Əyləc sistemi stendi
Əyləclərin gücü, balansı və effektivliyi xüsusi ölçmə cihazları ilə yoxlanılır və vəziyyəti real vaxtda təhlil olunur.
Amortizator test qurğusu
Asqı sistemindəki aşınmaları və tarazlıq problemlərini üzə çıxarır, avtomobilin yol tutumunu yoxlayır.
Kompüter diaqnostikası
OBD-II vasitəsilə avtomobilin bütün əsas elektron sistemləri analiz edilir və real nasazlıqlar aşkar olunur.
Niyə Otodok?
Çünki biz texnologiyaya, peşəkarlığa və müştəri məmnuniyyətinə önəm veririk. Porsche, Volkswagen, Audi, Škoda və SEAT kimi Volkswagen Group (VAG) avtomobilləri ilə yanaşı, müxtəlif Çin avtomobillərinin servisi üçün sizi Ulduz metrosunun yaxınlığındakı servis mərkəzimizə dəvət edirik.
Ünvan və əlaqə
Ünvan: Nərimanov rayonu, Araz 44 (Ulduz m/st-nin yaxınlığı), Bakı
Telefon: *8887
WhatsApp: +994 10 232 77 23